• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
04 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Türk Dövlətlər Təşkilatının yaradılmasında Prezident cənab İlham Əliyevin böyük xidmətləri olub…

14.03.2024 - 11:20
A A
0
SHARES
8
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Prezident cənab İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən biri Mərkəzi Asiya dövlətləri, o cümlədən regionun Türk dövlətləri ilə dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin qurulmasıdır. Son dövrlər ölkə başçımızın Mərkəzi Asiya dövlətlərinə, bu regionun dövlət başçılarının Azərbaycana səfərləri müntəzəm xarakter alıb.

Azərbaycan ortaq dilə, mədəniyyətə, tarixə malik türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələr qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Türk Dövlətlər Təşkilatının yaradılmasında Prezident cənab İlham Əliyevin böyük xidmətləri olub.

 

TDT-ya üzv dövlətlərdə əhali sayının artımı, bu ölkələrin zəngin təbii sərvətlərə malik olması, iqtisadi və siyasi sahələrdə böyük irəliləyişə, tərəqqiyə nail olmaları təşkilatın yaxın gələcəkdə dünyada güc mərkəzinə çevrilməsinə zəmin yaradır.

Şərq-Qərb nəqliyyat dəhlizinin də TDT-yə üzv dövlətlərin ərazisindən keçməsi xüsusi önəm kəsb edir.

Azərbaycan TDT-yə üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda iqtisadi, mədəni, elmi sahələrdə bir çox sənədlər imzalayıb. Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq edən TDT-yə üzv dövlətlərdən biri də Qazaxıstandır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Comart Tokayev arasında dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir. Qazaxıstan Respublikasının Prezidentinin martın 11-də Azərbaycanda səfərdə olması və Prezident cənab İlham Əliyevlə görüşü çox əlamətdar oldu.

Qazaxıstan Prezidentinin səfəri ilə əlaqədar Prezident cənab İlham Əliyev mətbuata bəyanatla çıxış etdi.

Çıxışında ölkə başçımız Azərbaycanla Qazaxıstan arasında mövcud dostluq, qardaşlıq əlaqələri, iki dövlətin nəqliyyat-loqistika və enerji sahəsində birgə əməkdaşlığı barədə danışdı.

Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi Qazaxıstanın Azərbaycan dövlətinə dəstəyinin növbəti nümunəsidir.

TDT çərçivəsində də Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı fəaliyyət gələcəkdə daha da möhkəmləndiriləcək. Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının keçirilməsi əlamətdar bir hadisə oldu. Əlamətdar hadisələrdən biri də Trans Xəzər nəqliyyat dəhlizinin reallığa çevrilməsidir. Trans Xəzər nəqliyyat dəhlizi tək Azərbaycanla Qazaxıstan arasında deyil, bir çox dövlətlər arasında bir körpüdür. Çindən Avropaya daşınan yüklər Qazaxıstan və Azərbaycandan keçməklə ən qısa vaxt ərzində son mənzilə çatır.

Azərbaycan və Qazaxıstan təbii sərvətlərlə zəngin olmasına baxmayaraq hər iki ölkə öz ərazisində beynəlxalq standartlara uyğun nəqliyyat-loqistika infrastrukturu yaradıb. Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində iqtisadiyyat, elm, mədəniyyət, gənclər və idman sahələrini əhatə edən dövlətlərarası sənədlər imzalandı.

Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıqda ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. 2023-cü il dövlətlərimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Əlaqələrin möhkəmləndirilməsi nəticəsində yaxın gələcəkdə investisiyaların həcmi xeyli artırılacaq. Azərbaycan və Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki dövlətin parlamentlərində dostluq qrupları da fəaliyyət göstərir.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Respublikainfo.com 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
8
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.