• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
04 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Demokratiya yaşam tərzidir, bir mexanizmdir, amma ideologiya deyil…

29.02.2024 - 3:03
A A
0
SHARES
10
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Son illər Rusiyada demokratiyaya bağlı müxalif siyasətçi kimi önə çıxmış Aleksey Navalnının ölümü ətrafındakı müzakirələr bir daha göstərdi ki, cəmiyyətimizin siyasi-ideoloji baxışlarında ciddi boşluqlar var və hələ tam formalaşmayıb.

Navalnı şovinist idi, irqçi idi, “gürcüləri Rusiyadan qovmaq lazımdı” deyirdi, ermənipərəst idi və s. bu kimi fikirlər indi də eşidilir.

Bəli, birmənalı şəkildə Azərbaycan cəmiyyətində bütün rus demokratlarına, eləcə də Navalnıya münasibət, əlbəttə, ermənipərəst mövqelərindən dolayı pozitiv deyil və bu, qayət normal yanaşmadır.

Bu davanın hər zaman haqlı tərəfi olduğumuz üçün, burada insanımızı anlayıram. Lakin yuxarıda vurğuladığım kimi, ciddi siyasi boşluqların olmasından dolayı, təəssüf ki, çox az adam ölkədə Navalnının ölümünə fərqli prizmadan yanaşdı. Bu baxımdan bəzi fikirlərimi bölüşmək istəyirəm sizinlə.

Dəyərli insanlarımız, baxın, hansısa bir ölkənin hər hansısa bir siyasətçisi və ya ictimai xadimi demokrat ola-ola bizim mövqemizdən çıxış etməyə bilər. Kiminsə bizi sevmək borcu, məcburiyyəti yoxdur. Hətta doğru tərəf tutmaya da bilərlər. Lakin onların bizim üçün önəmli olan tərəfi bu şəxslərin postsovet məkanında çürümüş diktatura yerinə, DEMOKRATİYANIN gəlişi üçün verdikləri mücadilədir. İnsan hüquq və azadlıqları, demokratiya, şəffaf idarəetmə uğrunda mübarizə örnəyi yaratdıqları üçün dəyərli olurlar.

Nə deməkdir demokratiya?

Demokratiya xalqın səsi ilə seçilmiş, seçilmişlərin xalqa xidmət etdiyi inkluziv institutların şəffaf idarəetmə mexanizmidir. Yəni, istər ölkə başçısını seç, istər kəndin muxtarını seç, fərq etməz, seçilmiş olan onu seçəndən çəkinir, onun istəklərini nəzərə alır, əlindəki güclü hakimiyyəti qanun çərçivəsində, hüquqa söykənərək idarə edir. Seçilən onu seçən xalq qarşısında hesabatlı olur, ona hesabat verir yalnız.

Bəli, demokratiya olan yerdə nəinki “Əhmədlər” sürücü vəsiqəsi ala bilməz, hətta qırmızı işıqda keçən də qanuni cəzasını alır. Cəzadan qaçmaq üçün rüşvət verə bilməzsən. O rüşvəti verə biləcək adam yoxdur. Seçilmiş bir məmur rüşvət almağa, qanunu pozmağa cəsarət edə bilməz, edənlər də seçici tərəfindən cəzalandırılır. Ən yaxşı halda, növbəti seçkidə həmin adam səs almır. Bu əminlikdir. Güvənlikdir.

Deməli, hər bir fərdin qanuna uyğun şəkildə yaşaması, güvəndə olması demokratiyadır. Universal dəyərlər sistemidir çünki. Gerçək sabitlik məhz demokratik idarəetmə şəraitində mümkün ola bilər.

Demokratiyanın isə dostu, düşməni, milləti, irqi, xüsusi mənsubiyyəti, mənşəyi yoxdur.

O, sadəcə avropalılar üçün var olmayıb. Hər bir xalq demokratik cəmiyyət qura bilər: Rusiya da, Azərbaycan da, başqa ölkələr də. Nemtsovların, Navalnıların əsil davası bu idi. O, bizim dostumuz, ya düşmənimiz deyildi.

Sözün açığı, hesab etmirəm ki, Azərbaycan Navalnını həmişə xüsusi düşündürüb. Xeyr, onu maraqlandıran Rusiyada normal cəmiyyətin, rüşvətsiz, korrupsiyasız idarəetmə mexanizminin qurulması idi. Ayının pis vərdişləri unudub, normal inkişaf yoluna qədəm qoyması idi istədiyi. Ümidli idi, hələ də rus xalqının ayıq zəkasına ümidli idi.

Təəssüf… min təəssüf ki, rus cəmiyyəti hələ buna hazır deyil. O hələ də avantürist diktatorun Böyük Rusiya vədləri ilə yaşayır. Navalnının ölümü və bu qətlə rus cəmiyyətinin səssizliyi göstərir ki, ruslar Navalnıları həzm edə bilmir.

Bundan çıxaracağımız nəticə isə budur: Rusiyadan nə qədər aralı, bir o qədər də demokratiyaya yaxın

Çünki yaxın gələcəkdə rus cəmiyyətinin demokrtatiyaya doğru addımlayacağına inam azdır.

Digər vacib bir məqam isə odur ki, sırf özümüzdən ötrü xalqımız iki şeyi tam dəqiqləşdirməlidir. Birincisi, demokratiya ideologiya deyil, demokratlar da ideoloq deyillər. Demokratiya yaşam tərzidir, bir mexanizmdir, amma ideologiya deyil. Yəni, bir insan siyasi baxışına əsasən demokrat olmur. Siyasi baxışa görə insan liberal, radikal-millətçi, sosialist və s. ola bilər. Navalnı də, böyük ehtimal var ki, millətçi idi. Ola bilər. Liberal da ola bilərdi.

Bizi maraqlandıran şəxslərin siyasi görüşləri deyil. Önəmli olan Navalnı kimilərin avtoritar siyasi rejimlərə münasibətidir. O istəyirdi ki, hər bir inkişaf etmiş mütərəqqi ölkədə olduğu kimi, Rusiyada da seçki, seçki hüququ, ədalət olsun.

İndi rusların Qərbi söymələrinə baxmayın, bu çağa qədər əldə etdikləri ən yaxşı şeyləri, qazana bildikləri inkişafı məhz Pyotrun zəkası sayəsində Avropadan əxz ediblər. Navalnı da ulu babası Pyotrun yolu ilə gedirdi. Necə ki, Pyotr heç bir siyasi sistemə sahib olmayan Rusiyanı Fransa, İngiltərə, Almaniya kimi dövlətlərin siyasi kültürü ilə qururdu, Navalnı da bu sistemi tətbiq etmək istəyirdi öz ölkəsində. Bu gün avropalıların sahib olduğu siyasi mədəniyyəti özündə ehtiva edən idarəetmə mexanizmi və yaşam tərzi hər bir xalqın haqqıdır.

İkincisi, demokratik rejimlərdə müxtəlif ideologiyaya bağlı insanların hakimiyyətə gəlməsi normal gedişatdır. Liberallar, demokratlar, dindarlar, mühazifəkarlar və s. Fərqli insanlar gələ bilər hakimiyyətə… amma, həm də gəldiyi kimi də gedər!!! Xalq onun maraqlarına cavab verməyən istənilən hakimiyyətdən istədiyi vaxt imtina edər.

Bax, demokratiyanın gözəlliyi də budur. Verdiyi güvən budur. Hakimiyyətə gələni də, gedəni də xalq müəyyənləşdirir, xalq həll edir. Seçki həll edir. Navalnı və ya bir başqasının siyasi görüşləri kimsəni qorxutmasın, tərəddüdlərə salmasın.

Bizi ən çox qorxudan, əslində, gəlib getməyən hakimiyyətlər olmalıdır, seçkisizlik mühiti olmalıdır. Bütün bunları yaxşı dərk edib doğru yanaşma ortaya qoymaq üçün isə, DEMOKRATİYA ANLAYIŞINI yaxşıca öyrənib onun gerçək mahiyyətinə varmağımız şərtdir. Bunu bacarsaq, müxtəlif ideologiyalarla demokratiya anlayışını qarışdırmamış olacağıq və məhz o zaman demokratiya mücahidlərinə də doğru münasibət nümayiş etdirə biləcəyik.

Hüquqi-siyasi bərabərliyimiz uğrunda aparılan mübarizə yolunda fənər olan demokratlara sahib çıxa bilmək üçün, bu, çox vacib bir faktordur.

Anar Əsədli 

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
8
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.