Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsinə rəis təyin edilib.
Respublikainfo.com bildirir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Nəsirov Göygöl Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Xankəndi RPŞ-nın rəisi təyin olunub.
Xatırladaq ki, 2023-cü ilin oktaybr ayında Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsi yaradılıb.
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com