Heç kimə sirr deyil ki, Azərbaycan və Türk dünyasının böyük oğlu, Azərbaycan Cümhuriyyətinin qurucusu, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin tariximizdə silinməz izi və adı var olub və hər zaman da olacaqdır. Cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadəyə tarix boyu xalq tərəfindən dərin məhəbbət və rəğbət isə danılmazfaktdır. Təbii ki, dahi Rəsulzadə bu xalq sevgisini haqq edən dühalardan biridir.
27 yanvar 2024-cü il tarixində Bakıda “AZƏRBAYCANIN TARİXİ TORPAQLARININ ARAŞDIRILMASI VƏ ÖYRƏNİLMƏSİ MƏRKƏZİ” – İN təşkilatçılığı ilə Cümhuriyyətimizin banisi Məmməd Əmin Rəsulzadənin 140 illiyində “Rəsulzadə fikirlərində Qafqazın gələcəyi və Rusiyasız səadət” mövzusunda dəyirmi masa ətrafında ictimai- siyasi və o cümlədən də elm adamlarının iştirakı ilə konfrans baş tutub.
Sözügedən konfransı çıxış sözü ilə Mərkəzin rəhbəri Rəşad Orbey açıq elan edib. Daha sonra ölkəmizin ictimai-siyasi və elmi sferasında fəal iştirak edən və xüsusi xidmətləri olan şəxslər çıxışlar ediblər. Professorlardan Nəsib Nəsibli, Boraz Əziz, peşəkar mətbuat adamı, telejurnalist Qulu Məhərrəmli, Visiontv.az saytının baş redaktoru Şöhrət El-Dəniz, Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmət, Türküstaninfo.az xəbər portalının baş redaktoru Aqil Camal, siyasətçi – ictimai xadim Anar Əsədli, telejurnalist Kamran Həsənli və digər ziyalılar dahi Məhəmməd Əmin Rəsulzadənin Qafqazda Rusiyasız səadət ideyaları haqqında maraqlı nitqlər söyləyiblər.
Çıxış edən hər kəs Rəsulzadə irsinin gənc nəsilə aşılanması istiqamətində bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.
Bir sözlə “Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzi” – tərəfindən təşkil edilən dəyirmi masa intellektuallarımızın iştirakı ilə kifayət qədər faydalı şəkildə yekunlaşıb.
BAŞ REDAKTOR: BÜNYAMİN BÜNYADZADƏ
RESPUBLİKAİNFO.COM