BU GÜN AZƏRBAYCANIN ƏN PEŞƏKAR PEDİATR HƏKİMLƏRİNDƏN BİRİ GÜLŞƏN HƏSƏNOVANIN DOĞUM GÜNÜDÜR.
Dəyərli və nəcib insan! Hörmətli GÜLŞƏN HƏKİM!
Həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir. İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də öz insanlığınız,peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardansınız!
Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan. Ad gününüz mübarək olsun dəyərli həkim. Arzu edirik ki, yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayar, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirik.
Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən, peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür. Bu il yeni yaşınızda yeni başlanğıclara addım atacağınız və hədəflərinizə çatacağınız bir il olsun. Bir daha sizi ürəkdən təbrik edirik.
Yeni yaşınız sizə yeni nəaliyyətlər və yeni uğurlar gətirsin İNŞALLAH.
RESPUBLİKAİNFO.COM
BAŞ REDAKTOR: BÜNYAMİN BÜNYADZADƏ