2023-cü il 15 noyabr tarixində “Sevgi Evi” Qadın və Uşaq Sığınacağının ziyarətinə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsini rəhbəri İbrahim müəllim, Sabunçu rayon Polis idarəsinin və 13-cü Polis Bölməsinin əməkdaşları gəlmişdilər.
Görüşün əsas məqsədi sığınacağın fəaliyyəti ilə yaxından tanış olmaq və ekstremal vəziyyətdə sığınacağın müraciətlərinə 13-cü Polis Bölməsinin əməkdaşlarının yerindəcə reaksiya verməsi ilə bağlı manitorinq araşdırmasının aparılmasıdır.
Müraciətimizə dərhal reaksiya verildi və 4 dəqiqədən az vaxtda 13- cü bölmə əməkdaşları köməyimizə çatdılar. Ardınca Sabunçu Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Ata müəllim və əməliyyat dəstəsi bir neçə dəqiqədə sığınacağa gəldilər. Bu davranış bizim qadın və uşaqların həyatlarının qorunmasının təminatıdır.
Qalib bir Dövlətin Qəhrəman da Polisləri olar.🇦🇿
Göstərilən diqqət və qayğıya görə başda Cənab Nazir General-Polkovnik Vilayət Eyvazov, o cümlədən Bakı Baş Polis İdarəsinin rəhbərliyi, İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarına və Sabunçu rayon Polis idarəsinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
AZƏRBAYCAN POLİSİ HƏR ZAMAN QORUYAR BİZİ🇦🇿
#azerbaycanpolisi #sevgievi #konuldenur #sevgisiğinacaği
Respublikainfo.com
Bünyamin Bünyadzadə