• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

"Ermənistan Azərbaycana vurduğu ziyanlara görə təzminat ödəməlidir" - Deputat

03.10.2023 - 17:43
A A
0
SHARES
13
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra qarşılaşdığımız mənzərə ondan ibarət oldu ki, faktiki olaraq daşı daşüstə qoymayıblar. Bütün infrastruktur məhv olunub, talan olunub, dağıdılıb. Bununla yanaşı, bilirsiniz ki, uzun illər olan faydalı resurslar, qiymətli metalların hər biri istismar olunub, talan olunub. Meşə massivi dağıdılıb. Bir sözlə, yalnız insanlarımızı ordan didərgin salmamışlar, o torpağı da talan etmişlər və külli miqdarda Azərbaycana, Azərbaycan iqtisadiyyatına, dövlətinə ziyan vurmuşdular. Bununla əlaqədar olaraq lazımi işlər həyata keçirilir, hesablamalar aparılmışdı”.

Bu sözləri Respublikainfo.com–a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev ermənilərin Birinci Qarabağ müharibəsindən sonra Azərbaycana vurduğu zərəri və bu zərərin ödənilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, işğal dövründən sonra bu proseslər daha da dəqiqləşdirildi və aidiyyəti qurumlar qarşısında bu məsələ qaldırıldı:

“Mən düşünürəm ki, məhz danışıqlar prosesində də bu təzminatın ödənilməsi məsələləri də mütləq müzakirə olunur. Bununla bağlı hər hansı bir rəsmi açıqlama yoxdur. Ancaq gec-tez Ermənistan tərəfi etdiyi bu əməllərə və Azərbaycana vurduğu ziyanlara görə təzminat ödəməlidir və bununla əlaqədar artıq yəqin ki, yaxın dövrlərdə rəsmi açıqlamalar olacaq. Hal-hazırda bu prosesin gedişi ilə bağlı bizdə bir məlumat yoxdur. Azərbaycan hal-hazırda öz gücü hesabına yenidən buraları cənnət məkana çevirir. Antiterror tədbirlərindən sonra tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və digər ərazilərdə belə quruculuq-abadlıq işlərinə yaxın dövrlərdə start veriləcək. Mən düşününürəm ki, istənilən halda buraları biz cənnətə çevirəcəyik. Burada vətəndaşlarımız üçün normal şərait yaradılacaq. Onlar artıq öz dədə-baba yurdlarına qayıdırlar. Ancaq istənilən halda, qətiyyən biz unutmamalıyıq ki, ermənilər bizim başımıza hansı bəlaları gətiriblər, bizə hansı ziyan vurublar və nə qədər ziyan dəyib. Aidiyyəti qurumlar bu məsələləri araşdırır və bununla bağlı da lazımi işlər görülür. Biz inanırıq ki, tezliklə Azərbaycanın xeyrinə müsbət nəticələr açıqlanacaqdır”.

XƏBƏR LENTİ

Seçmə

Qənirə Ataşovanın kosmetoloqu GÜLNAR ZEYNALOVA – Lisenziyasız FƏALİYYƏTDƏDİR….

13 May 2025
5
Gündəm

Füzuli Məmmədovu gözdən salma cəhdləri nəyə hesablanıb?

12 May 2025
11
Seçmə

GÖZƏLLİK VƏ SAĞLAM GÖRÜNÜŞ – ŞƏHLA DOKTOR İLƏ

12 May 2025
110
Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
4
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
17
Cəmiyyət

Neftçalanın icra başçısı səyyar görüş keçirib

08 May 2025
3

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.