• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

ABŞ Azərbaycanda “rəngli inqilablar” planını həyata keçirmək istəsə də xalq-iqtidar birliyi bu planları alt-üst edib

22.09.2023 - 12:37
A A
0
SHARES
20
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Vətən Müharibəsində 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində hərbi və siyasi yolla gələbə qazanaraq ərazilərimizi işğaldan azad etdik. Azərbaycanın sülh bağlamaq təklifinə qarşı hər cür çirkin əməllərə əl atan Ermənistan xarici dövlətlərdən özünə havadarlar axtarmağa başladı. Paşinyan hakimiyyəti əvvəl Rusiyaya üz tutdu və heç bir nəticə əldə edə bilmədiyindən Ermənistan özü kimi işğalçı siyasət həyata keçirən Fransaya yalvarmağa başladı. Ermənistan və Fransanın beynəlxalq təşkilatlarda Azərbaycana qarşı irəli sürdükləri yalan və qərəzlə dolu iddiaları fiaskoya uğradı. Regionda və Avropada qapılar üzünə bağlanan və aciz durumda olan Paşinyan ABŞ-a üz tutdu. Bu o Amerikadır ki, yürütdüyü siyasət yalnız öz maraqlarına xidmət edir, riyakarlığı, xəyanəti dövlət siyasəti səviyyəsinə çatdırıb. ATƏTin Minsk qrupunun həmsədri kimi ABŞ uzun illər Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması üçün bütün vasitələrdən istifadə edirdi. ABŞ Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım edirdi. Separatçılar da bu pulla silahlanırdılar. Separatçıların “rəhbərləri” Amerikaya səfərlər edir, burada onlar ayrı-ayrı səviyyədə görüşlər keçirirdilər. ABŞ-da cinayətkar rejim ofis də yaratmışdır. Bütün bunlar Azərbaycanla Ermənistan arasında münaqişənin uzadılmasına xidmət edirdi.
ABŞ hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etmək üçün dövlətlərə və xalqlara qarşı müstəmləkəçilik, talançılıq siyasəti həyata keçirir. İslamofobiyanı dövlət siyasəti səviyyəsinə yüksəldən ABŞ yaxın Şərq ölkələrində dəhşətli qırğınlar törətdi. Liviyada, İraqda dövlət çevrilışləri həyata keçirtdi, hakimiyyət devrildi, milyonlarla günahsız insan qətlə yetirildi.
Dünyada bütün münaqişələr ABŞ-ın istəyi və planlarına uyğun həyata keçirilir. Məqsəd istənilən regionda Amerikanın maraqlarını təmin etmək və regiondakı ölkələrin sərvətlərini talamaqdır. Özünü demokratiyanın qoruyucusu adlandıran Amerikanı nə demokratiya, nə də stabillik maraqlandırmır. Bu gün dünyanın bir çox hissəsi Amerikanın paleqonuna çevrilib.
ABŞ zaman-zaman Azərbaycanda da hakimiyyət çevrilışinin reallaşmasına çalışıb. Əsas məqsəd Azərbaycanda ona itaət edən siyasi güvvələri hakimiyyətə gətirmək və torpaqlarımızın işğalının legitimləşdirilməsi olmuşdur. ABŞ bir neçə dəfə Azərbaycanda “rəngli inqilablar” planını həyata keçirmək istəsə də ölkəmizdə xalq-iqtidar birliyi bu planları alt-üst etmişdir. Bu gün də ABŞ Azərbaycana qarşı öz riyakar siyasətini davam etdirir. ABŞ senatının xarici əlaqələr komissiyasının sədri Robert Menendezin Qarabağda yaşayan ermənilərin güya Azərbaycan tərəfindən blokadada saxlanması barədə çıxışı ölkəmizə qarşı böyük təxribatdır. Menendezin rüşvətxorluğu və əxlaqsız hərəkətləri tək Amerikaya deyil bütün dünyaya məlumdur. Dövlət Departamentinin sözçüsü Yuri Kimin də ölkəmizə qarşı qərəzli fikirləri söyləməsi ən böyük əxlaqsızlıqdır. Əslində bu şəxslərin Azərbaycana qarşı təxribat xarakterli fikirləri ABŞ-ın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsl mahiyyətinin təzahürüdür. Azərbaycana qarşı hər hansı dövlətin təxribatı bizi qorxuda bilməz. Azərbaycan güclü dövlətdir və ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Respublikainfo.com

Baş redaktor Bünyamin Bünyadzadə

XƏBƏR LENTİ

Seçmə

Asif Kərimova söz demək heç kimin başı üçün deyil! – Kəmalə Qaramollayeva

15 May 2025
2
Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
5
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
19
Gündəm

GÖZƏLLİK VƏ SAĞLAM GÖRÜNÜŞ – XƏDİCƏ SƏMƏDLİ İLƏ

15 May 2025
95
Cəmiyyət

Neftçalanın icra başçısı səyyar görüş keçirib

08 May 2025
3
Seçmə

Xalq artisti Tünzalə Ağayeva “ADAvision”da – FOTO/VİDEO

08 May 2025
7

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.