• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
17 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Deputat:”Azərbaycanın başladığı antiterror əməliyyatları qələbəmizlə başa çatdı”

20.09.2023 - 18:35
A A
0
SHARES
6
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Sentyabrın 19-da erməni silahlı dəstələri tərəfindən törədilmiş növbəti terror aktının qurbanı polis əməkdaşlarımız və mülki insanlarımız oldu. Qanunsuz erməni silahlı birləşmələrinin həyata keçirdiyi bu terror nəticəsində 7 nəfər polis əməkdaşı olmaqla 9 nəfər vətəndaşımız həyatını itirdi. Təbii olaraq,bu da Azərbaycanın anti-terror əməliyyatlarına başlamasını labüd etdi. Və beləliklə, Azərbaycan sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlı birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verdi.

Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun həyata keçirdiyi anti-terror əməliyyatlarında mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb. Bu isə o deməkdir ki, bizim sivil insanlarla işimiz yoxdur! Anti-terror əməliyyatlarının məqsədi yalnız legitim hərbi hədəfləri, döyüş vasitələrini və hərbi təyinatlı obyektləri sıradan çıxarmaq idi.

Azərbaycan öz qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qadınlara, uşaqlara, qocalara, habelə fiziki məhdudiyyətli şəxslərə və xəstələrə lazımi tibbi və digər yardımlar göstərəcək, onları içməli su və ərzaqla təmin edib. Eləcə də Qarabağda yaşayan erməni əhalisinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Azərbaycanın anti-terror əməliyyatları aparması Azərbaycan Respublikasının daxili işidir və birbaşa suveren hüququdur. Terrora qarşı həyata keçirilən bu tədbirlər beynəlxalq hüquq prinsiplərinə zidd deyil və beynəlxalq hüquq normalarına tam uyğundur. Xalqın təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazım olan ən ciddi tədbirləri belə həyata keçirməyə məcbur olan Azərbaycanın məqsədi, qeyri-qanuni yaradılmış erməni hərbi birləşmələrini tərksilah etmək, ərazilərimizi işğalçılardan və separatçılardan təmizləməkdir!

Xankəndindəki separatçı-terrorçu rejimin  nümayəndələrinin danışıq masasına oturmağa razılaşması məsələsinə gəlincə isə, Azərbaycan danışıqlara yalnız o  halda gedəcək ki, qondarma rejim buraxılacaq və erməni silahlı birləşmələri silahı yerə qoyacaq! 

VƏ BU BAŞ VERDİ! Bu gün, 20 sentyabr 2023-cü il tarixdə erməni separatçıları təslim olduqlarını bəyan etdilər! Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan Ordusunun peşəkarlığı və gücü hesabına uzun illərdir Azərbaycana qarşı təxribatlar və terror aktları törədən erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular!

Bununla da Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin Azərbaycanın konstitusion tələbləri çərçivəsində reinteqrasiyasına başlanıldı.

Azərbaycanın separatizm və terrorizm üzərində qələbə qazanması ilə qürur duyur və fəxr edirik ki, biz Azərbaycanlıyıq.

Qarabağ Azərbaycandır!

 

Jalə Əhmədova

Milli Məclisin deputatı

XƏBƏR LENTİ

Cəmiyyət

“Gülbahar” ABŞ-də səsləndi – VİDEO

16 May 2025
1
Manşet

“Bu hər şeydən əvvəl Türkiyə liderinə olan inamdan irəli gəlir” – EMİN HƏSƏNLİ

16 May 2025
1
Seçmə

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

16 May 2025
1
Seçmə

Asif Kərimova söz demək heç kimin başı üçün deyil! – Kəmalə Qaramollayeva

15 May 2025
2
Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
5
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
19

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.