RESPUBLİKAİNFO.COM xəbər verir ki, Azərbaycana ilk dəfə səyahət edən Beynəlxalq Aykido Federasiyasının (BAF) sədri Sensey Wilko Vriesman iki təşkilatla memorandum imzaladı. Bu tarixi hadisənin detalları və Aykido ilə psixologiya arasında olan bağın varlığı haqqında suallarımıza cavab tapmaq üçün İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Klinik psixoloq Rövşən Nəzərli ilə görüşümüz baş tutdu. Bzim sualara ətraflı cavab verdiyinə və dəyərli vaxtını bizə ayırdığına görə Rövşən bəyə təşəkkürümü bildirirəm.
Beynəlxalq Aykido Federasiyası (BAF) nə təşkilatıdır? Və onun sədrinin Azərbaycana gəlişi niyə belə mühüm və sensasyonal hadisə kimi qeyd olundu?
İlk öncə bu mühüm hadisəyə diqqət çəkdiyiniz üçün mən sizə təşəkkürümü bildirirəm. Bildiyimiz kimi Aykido yeganə döyüş növüdür ki, orada həm öldürmək, həm sındırmaq, həm də qarşı tərəfi sevmək mümkündür, yəni Aykido lazım olanda zəlzələ, lazım olanda ildırım yeri gəldikdə isə günəş olmağı bacarır. Bu isə o deməkdir ki, gücüm var, səni məhv edə bilərəm, amma, o qədər yüksəkdəyəm ki, sadəcə səni boş verirəm. Bu zirvədə Aykidonu dərk etmək insan varlığının ən ali həddi hesab edilir, yəni bu həddə insan təbiətin bir parçası olaraq ordan qidalanır, həm də oranı idarə edir. Bu hədd isə harmoniyanı yaşamaq və yaşatmaq həddidir.
Aykido Yaponyada yaranıb və mərkəz, AİKİKAY Tokiyoda yerləşir. Məhz bu mərkəzdə Aykidonun tarixi mədəniyyəti qorunub saxlanılır. Lakin Aykidonun bir neçə qolu və sonradan ayrılmalar olduğu üçün BAF, yəni Ümumdünya Aykido federasiyalarının birləşdiyi mərkəz yaradıldı. Hal-hazırda bu mərkəzin 200-dən çox üzvü var.
Azərbaycan da bir neçə il öncə bu ailənin bir üzvü olsa da, inkişaf ürəkaçan olmamışdır. Bu səbəbdən də Aykido məktəblərini toplamaq və bir çətir altında birləşdirmək üçün Sensey Wilko Vriesman Azərbaycanın qonağı oldu. Bütün məktəblərlə görüşdü və hər kəsə öz tövsiyyələri verdi. Burada yalnız bir niyyət var idi Aykidonun inkişafı və təbliği çünki Azərbaycan Aykidosu bir idman kimi beynəlxalq arenada çox da tanınmır.
Bütün idman növlərində olduğu kimi hər bir idmançı istəyər ki, öz millətini və dövlətini beynəlxalq arenada təbliğ etsin. Məhz Sensey Wilko Vriesmanın Azərbaycana gəlişi də bu səbəbdən bir sensasyonal hadisə hesab edilir. Yekun nəticə olaraq Azərbaycan Aykidosu artıq beynəlxaq arenaya çıxır və orada öz milətininin və dövlətinin idealogiyasını təbliğ edə biləcəkdir. Bu isə o deməkdir ki, artıq Azərbaycan mədəniyyəti və sülh sevərliliyi, eyni zamanda da, gücü 200 dövlət və millətə nümayiş etdiriləcəkdir.
Bu sadəcə söz deyil bu ciddi və tarixi hadisədir. Çünki belə hadisələr min illikdə bir dəfə olur. “İDDO” ilə “BAF” arasında bağlanmış memorandumun əsas maddələrindən biri də “Mən və o, o və sən” nəzəriyyəsi çərçivəsində lahiyyələr quraraq tədqiqatlar aparılmasıdır. Bu beynəlxalq layihədə də iştirak edəcək hər kəsə öz minnatdarlığımı bildirir, Azərbaycan xalqını təbrik edirəm.
Mətbuat konfransında iki memorandum imzalandı bunların fərqini və əhəmiyyətini bizə izah etmənizi sizdən xahiş edirik.
Bunun belə olması proqramda yox idi. Bir təsadüf nəticəsində böyük bir xəzinəni kəşf etdik yəni bir-birimizi. 15 may biz hava limanında senseyi qarşıladıq, otelə yerləşdirdik. Sonra çay süfrəsində tanışlıq oldu. Mən sual verdim ki, sensey sizin öz peşəniz nədir?
O da sadəcə gözlərimin içinə baxaraq sakit formada qeyd etdi ki, psixoterapevt. Həmin anda hiss etdim ki, sensey bizi səhərdən analiz edirmiş. Bu da o demək idi ki, Azərbaycan üçün bir yox iki qapı açılır. Bu söhbət uzandı gecə ikiyə qədər şirin-şirin söhbət etdik. Sensey bizə Aykidonun insan psixikasında nələrə səbəb olmasından danışdı. Xəstəliklərə Aykido ilə necə qalib ola bilərik onun yollarını izah etdi. Mən də ona İDDO haqqında məlumat verməyə başladım. Bu vəziyyəti çox bəyəndi və bir yerdə böyük işlər görə biləcəyimizi bildirdi.
Nəticədə BAF-la İDDO arasında memorandum imzalandı. Memorandumun bağlanmasının əsas məqsədi həm Aykidoda, həm də Psixologiyada elmi təcrübələri bölüşməkdir. Davamlı olaraq bu ölkərlərlə əməkdaşlıq çərçivəsində qarşılıqlı müzakilər aparılacaq və İDDO proqramının təbliği həyata keçiriləcəkdir. Azərbaycanda isə beynəlxalq seminarlar və silsiləli tədbirlər keçiləcəkdir. Bu tədbirlər nəticəsində isə dünya idmançıları bizim qonağımız olacaqdır.
Məhz 16.05.23-cü ildə bağlanmış iki memorandumun əhəmiyyəti və əsasnaməsi bundan ibarət idi. Həm Aykidonun inkişafı, həm də psixologiya elmi haqqında təcrübələrin bölüşdürülməsi və bir-birimizə dəstəklərin verilməsi həyata keçiriləcəkdir. Bu əməkdaşlıq nəticəsində psixi və fiziki sağlamlığımızı formalaşdıra biləcəyik. Nəticədə isə cəmiyyətimiz çiçəklənəcəkdir.
İDDO nədir, insan həyatında rolu nədir?
İDDO Psixi Sağlamlıq Proqramıdır. Müasir dövrün ən acınacaqlı halı odur ki, insan psixikası daimi olaraq informasiya axının altında əzilir. Bu səbəbdən narkomaniya və ya elektronikadan asıllıq, tənbəllik və s. kimi problemlər sürətlə artmağa başlayır. Bu vəziyyətin nəticəsidir ki, yeni nəsil doğum anından artıq qapanıq dünyaya gəlir. Autizmin sürətlə artması da elə bunun bariz nümunəsidir.
İDDO-nun tətbiqi ilə isə psixikamızın aldığı informasiyaları emal etməni və həzm etməni sürətləndirir və yükün altında əzilmək yox bu yükü idarə etməni təmin edir. İDDO-nu dərk edən fərd artıq “Bu niyə oldu?!’’, ‘’Vay! Mən indi nə edim?’’ deyə düşünmür və sadəcə lazım olanı edir. Necə ki, Aykidonu dərk edən insan artıq davadan, intiriqadan, mübahisədən uzaq olur. Çünki o dərk edir ki, o ali varlıqdır və mübahisə etmək və ya intiriqaya girmək alilik yox sadəcə heyvanlıqdır. İDDO-nu dərk edərkənsə, insan daha üst mərtəbəyə yüksəlir, yəni psixi sağlamlığına qovuşur. İndi bir düşünün ikisi bir arada olsa, nə olar?
Yəni insan həm psixi, həm də fizioloji sağlamlığına və ya insanlığın ən ali səviyyəsinə yüksəlmiş olur.
Mən bildiyimə görə siz özünüz uzun illərdir ki, Aykido ilə məşğulsuz. Aykidonu həddindən çox sevdiyinizə əminəm. Bəs cəmiyyətin Aykidonu sevməsi üçün onlara nə tövsiyyə edərdiz?
Aykidonu sevmək üçün ilk olaraq gəlin Aykidonun nə olduğuna baxaq. Aykido qədim Yapon mədəniyyətini özündə əks etdirən, insanı aliliyə və sülhə səsləyən ciddi, sərt, eyni zamanda, sevgi dolu bir döyüş növüdür. Aykidonun tarixi samuraylara bağlanır, yəni onların yadigarıdır. Aykido bir döyüş növü kimi digər idmanlardan fərqlənir. Aykido texnikaları sındırıcı, öldürücüdür. Yaranması və sülh sevərliyi də buradan qaynaqlanır. Sındırmaq, öldürmək kimi imkanları olduğu halda heç bir zərər yetirmədən hörmətlə yola salmağı bacarır. Bu düşüncə isə aliliyin ən pik həddidir. Biz bunu dərk etdiyimizdə özümüzü dərk edirik, kainatı anlayırıq və heç kimə güc tətbiq etmirik. Eyni zamanda, heç kimin önündə də əyilmirik. Sakit ruhlu olaraq kainatla harmoniyaya girə bilir, təbiət qanunlarını dərk edirik.
Aykido özündə təbiətin ən yüksək gücünü birləşdirir. Qarşısında olan varlığa görə sunami olub bütün varlığı ilə yox etmək və öz dəryasında boğa, ildırım kimi sərt olub sındıraraq məhv edə, eyni zamanda, ananın övladına verdiyi sevgi kimi rəqibə sevgi verərək onu tərbiyə edə bilir. Aykido hər üç gücü özündə birləşdirən ali döyüş növüdür.
Aykidonu dərk edənlə dərk etməyən insanlar arasında fərqə baxdıqda maraqlı bir məqam ortaya çıxacaqdır. Belə ki, Aykidonu dərk edən fərd öz güvənli, anlayışlı, güclü, sağlam düşüncəli, özünü idarə edə bilən və qarşı tərəfi idarə edən biridir. Çünki o ilk olaraq özünə qalib gəlmişdir. Özünə qalib gələn, özünü dərk edən, arzularını və öz ruhunu hiss edən insan ən ali insandır.
Bu şəxsin davranışı necə olacaq? Şəxsi həyatında sakit ruhlu biri olaraq öz fəaliyyətini təmin edəcək, qarşısına çıxan bütün maneələri rahatlıqla aşmağı bacaracaq. Kimsə ona pislik etmək istəsə, onunla dava etmədən onun gücü ilə ona qalib gələ biləcək psixikaya sahib bir şəxsiyyət olacaqdır.
Bəs aykidonu dərk etməyən insan necə? Əgər bir insan hələ özünə qalib gələ bilməyibsə, o özünü təstiq etmək üçün ətrafına qalib gəlməyə çalışacaq. Bu zaman isə həm enerjisini, həm də zamanını itirəcəkdir. Özünə zərəri bir yana həm də ətrafına ciddi zərərlər vuracaqdır.
Aykido fəlsəfəsini anlamaq və onunla yaşamaq xoşbəxtliyin elə özüdür. Aykidonun yaradılmasında əsas məqsəd dünyaya sülhü tərənnüm etdirməkdir. Bunun üçün isə psixi və fizioloji sağlamlığa nail olmaq lazımdır. Qeyd edim ki, Aykido məhz dünya müharibəsinə etiraz olaraq Morihey Ueşiba tərəfindən yaradılmış və insanlar arasında etibar, sevgi, harmoniya, bərabərlik, özgüvən, sakit ruhlu olmaq və s. kimi ülvi hisslərin formalaşması və təbliğini təmin edə bilmişdir.
Bu ülvi hisslərə sahiblənmək üçün isə Aykido ilə məşğul olmaq və onun fəlsəfəsini dərk etmək vacibdir.
Sonda oxucularımıza nə demək istərdiz?
Sağlam və xoşbət olmaq üçün yaşından aslı olmayaraq hərkəs ilk olaraq özünə qalib gəlməyi bacarmalıdır. Özünə qalib gəlmək üçün isə öz fərdiyyətini dərk etməli, mənini anlamalı və özü sevməyi bacarmalıdır. Bura yalnız valideyn və ya uşaq deyil, hər ikisi bunu anlamalı və təbiət qanunauyğunluqlarını mənimsəməlidir. Özünə qalib gəlmək üçün ən gözəl yol Aykidodan, təbiəti dərk etmək üçün isə uğurlu yol İDDO-dan keçir. Bu iki yolu birləşdirərək isə xoşbəxtliyin açarını əldə edə bilərik. Tövsiyəm də elə bu açarın axtarışına çıxmalarıdır.
Kainatı ELM işıqlandırır, qaranlıqdan qorxmayaraq inkişafa doğru İDDO ilə addımlayaq.
Respublikainfo.com
Baş redaktor : Bünyamin Bünyadzadə