Respublikainfo.com Media Qrupun məlumatına görə, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, Politoloq Samir Hümbətov 5 noyabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən “XXI əsr dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq konfransın təşkilində fəal rol oynadığına görə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc tərəfindən mükafata layiq görülüb.
Bu münasibətlə dəyərli ziyaIımız, politoloq Samir Hümbətovu Respublikainfo.com Media Qrupun redaksiya heyəti və bütün kollektivi adından təbrik edirik. Həmçinin pedaqoji və ictimai-siyasi fəaliyyətində Samir bəyə uğurlar arzu edirik.

