• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
12 Dekabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

PSİXOLOQDAN MARAQLI AÇIQLAMA – Yağışlı hava insan psixologiyasına necə təsir edir?

10.12.2025 - 17:45
A A
0
SHARES
33
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Bir çox insan yağış səsini sevir. Kimsə bunu romantik və sakitləşdirici hesab edir, digərləri üçün yağış qoxusu stressi aradan qaldırmağa kömək edən ən gözəl təbiət hadisəsidir. Yağışda gəzmək müalicəvi təsir göstərə bilər: beyni sakitləşdirir, yatmış düşüncələrin və duyğuların sərbəst buraxılmasına kömək edir.

Yağışın qoxusuna hətta 1960-cı illərdə iki Avstraliya alimi tərəfindən tərtib edilmiş xüsusi ad verilib: petrikor. Bu aroma torpaq bakteriyaları, quruda bitkilərin buraxdığı yağlar və ozon, oksigen və azot molekullarını parçalayaraq azot oksidinə çevirərkən meydana gələn kimyəvi qarışıqdır.

Yağışlı günlər stressin öhdəsindən gəlməyə, əhvalı yaxşılaşdırmağa, sakitləşməyə və bu anın dadını çıxarmağa kömək edir.

Yağışlı hava insan psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Referans-a açıqlamasında bildirib ki, hətta yağışlı hava haqqında danışmaq belə mənim simamda təbəssüm yaratdı.Çünki bəlkə də yaz ayında doğulduğuma görə yağışı daha çox sevirəm və bunun səbəbi də elə bundan irəli gəlir.

image-img-20251114-wa0032

Psixoloq onu da diqqətə çatdırıb ki, digər tərəfdən, yağış insanların həyatında fərqli xatirələrlə də assosiasiya olunur. Hətta bəzən kimsə öz həyat hekayəsini danışarkən qeyd edir ki, bir insanla yağışlı gündə tanış olmuşam. Elə həmin an daxilində bir inam yaranır ki, yağış torpağın oyanmasıdır, yenilənməsidir. Yağış həm sağlamlıqdır, həm inancdır, həm də ruzi və bərəkətdir. Mən də illərdir həmin insanla ailə qurmağıma heç vaxt peşman olmamışam. Bizim tanışlıq günümüz də yağışlı idi, toy günümüzdə də yağış yağmışdı. Hətta övladımızı xəstəxanadan çıxardığımız gün də yağışlı hava vardı.

Baxın, insanlar hadisələrə həm məntiqi baxımdan, həm də inanclar prizmasından yanaşırlar. Yaxşı və ya pis hadisələr zamanla insan üçün bir növ kodlaşır və insan bunu həyatındakı hər bir işdə sanki bir təsdiq kimi qəbul edir. Bəzi insanlar deyir ki, dualarım yağış altında daha tez qəbul olunur.

Müsahibimiz bildirib ki, elə insanlar var ki, aylarla yağış yağmayanda  yağışın yoxluğunu daha çox hiss edirlər və bu duyğunun təsiri altına düşürlər. Bütün bunları və dinlədiyimiz həyat hekayələrini nəzərə alaraq demək olar ki, hətta yağışı sevməyən bir insana da müəyyən anlarda yağışı sevdirə bilirik. Çünki elə insanlar var ki, deyirlər: “Başıma gələn bütün hadisələr yağışlı günlərdə olub. Nə sevincim, nə kədərim – hamısı yağışda yaşanıb. Elə bil yer də, göy də mənim üçün ağlayıb.”

Göründüyü kimi, iki fərqli insanın yağış haqqında tamamilə fərqli düşüncələri ola bilər. Biri yağışdan gözəlliklə danışacaq, digəri isə yağışın ona yaşatdığı narahatlıqları xatırlayacaq. Bu da onu göstərir ki, insan düşüncəsi və baxış bucağı onu doğru və ya yanlış istiqamətə yönəldə bilər.
Amma ən əsası odur ki, bir yağışla torpaq oyanır. Torpağın oyanması isə bolluğun və bərəkətin əsas səbəblərindən biridir. Məsələn, əvvəlki mövsümlərdə, oyanan torpaqda yetişən məhsulların payızda bol olması məhz bu yağışlar sayəsində mümkün olur. Təbii ki, yağıntı həddindən artıq çox olarsa, bu dəfə məhsulların zərər görməsinə və məhv olmasına səbəb ola bilər.

“Deməli, nəticə olaraq hər bir şey — istər yağış olsun, istər qar, istərsə də insanın həyatında baş verən hadisələr — qədərində və yerində olanda gözəldir”, – deyə müsahibimiz qeyd edib.

 

Bünyamin Bünyadzadə

Baş redaktor

Respublikainfo.com

XƏBƏR LENTİ

Siyasət

12 Dekabr 2025
0
Manşet

PSİXOLOQDAN MARAQLI AÇIQLAMA – Yağışlı hava insan psixologiyasına necə təsir edir?

10 Dekabr 2025
33
Sağlamlıq

DİQQƏT! PSİXOLOQ ŞURA HEYDƏROVADAN ÖNƏMLİ AÇIQLAMA

02 Dekabr 2025
114
Cəmiyyət

“Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirilib

28 Noyabr 2025
12
Sosial

Neftçalanın icra başçısı səyyar görüşlər keçirib

28 Noyabr 2025
14
Cəmiyyət

TikTok rəqəmsal rifah məkanını istifadəyə verir

21 Noyabr 2025
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.