Gəncə Dövlət Milli Dram Teatrının aktyoru, istedadlı sənət adamı Yusif Cəfərovla müsahibəni sizə təqdim edirik:
Xoş gördük Yusif bəy! Əvvəlcə sizi tanıyaq lütfən…
Xoş gördük! Mən Gəncə Dövlət Milli Dram Teatrının aktyoru, Avrasiya Teatrlar Birliyinin qurucularından biri və Azərbaycan təmsilçisiyəm.
Necə oldu teatra gəldiz?
Mən gözümü açandan evimizdə sənət adamlarının tez tez bizə qonaq gəldiyini görmüşəm. Atam Faiq Cəfərov Gəncə teatrında əvvəllər aktyor kimi, sonra rejissor köməkçisi, quruluş hissə müdiri, 1990 cı ildən ömrünün sonuna qədər isə Gəncə Dövlət Kukla teatrında quruluş hissə müdiri kimi çalışıb. Atamın sənət dostları həmişə evimizin qonaqları olublar. Hər zaman onların duzlu məzəli söhbətlərini eşitmişəm və belə bir mühitdə böyümüşəm.
Bildiyim qədər siz həmdə Avrasiya Teatrlar birliyinin Azərbaycan Təmsilçisi,və yaradanlardan birisiz Avrasya teatrlar birliyi necə yarandi fəaliyyəti nədir, bu hakda məlumat verərdiz..
2019 cu ilin sentyabrın 13 də yeddi ölkə təmsilçilərinin iştirakı ilə İstanbul. Maltepe. Türkan Saylan kültür mərkəzində Birliyin yaranması haqqında 5 bənddən ibarət qanun layihəsinin imza mərasimi keçirildi. 21-24 fevral 2020 ci ildə Birlik özünün ilk qurultayını keçirdi. Qurultayda Birliyin sədri Ukraynadan Aleksandr Kniga, Baş katibi Türkiyədən Kubilay Erdelikara və baş ofis İstanbul seçildi. O gündən başlayaraq sıralarımız günü gündən genişlənməyə başladı. Hal hazırda Avrasiya Teatrlar Birliyində (ATB) 40 dan çox ölkə təmsil olunur.
ATB nın yaranan gündən məqsədi dünya teatrlarında gedən yaradıcılıq proseslərindən xəbərdar olmaq, rejissor, aktyor, rəssam və s. yaradıcı sənət adamlarının qarşılıqlı şəkildə digər ölkə teatrları ilə iş birliyi və s. ibarət olub ki, daim bu məqsədə doğru irəliləyirik. İldə ən az bir dəfə müxtəlif ölkələrdə toplantımız olur. Onu da qeyd etmək istəyirəm ki, hər bir toplantıya yollananda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən yüksək diqqət və qayğı görürəm.
Elə onu deməyim kifayət edər ki, ötən il (2023) Gürcüstanın ən böyük festivallarından biri olan Ozurgeti teatrında ATB nin xətti ilə keçirilən “Nodar Dumbadze” Beynəlxalq teatr festivalına münsiflər heyyətinə dəvət almışdım. Məlumdur ki, quru sərhədlərimiz bağlıdır. Amma Nazirliyimizin köməkliyi ilə mənə şəxsi avtomobilimlə sərhəddi keçmək üçün xüsusi icazə verildi.
Təkcə 2024 cü ildə Gəncə Dövlət Milli Dram teatrı bu və ya digər formada 6 festivalda iştirak edib. Onlardan 3 Avropa ölkə festivalları olub. Onu da qeyd edim ki, Portuqaliya festivalında iştirak edən (Serbiya, Polşa, Braziliya, İspaniya, İtaliya və s.) ölkə teatrları arasında festivalın Beynəlxalq münsiflər heyyəti tərəfindən bizim teatr E. İoneskonun “Kral ölür” tamaşasına görə festivalın Qran Pri mükafatını aldı. Xüsusilə qeyd etmək istəyirəm ki, teatrımızın bütün bu uğurlarında Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlının çox böyük zəhməti var.
Heç bir uğur öz başına asanlıqla olmur. Həmdə Aqil müəllimlə işləmək asandır. O baxımdan ki, mən hansısa bir ölkə ilə festival danışıqlarına başlamazdan əvvəl Aqil müəllimdən soruşuram – “Aqil müəllim filan ölkədə festival var. Danışıqlar apara bilərəm. Necə məsləhət bilirsiz”? Əgər Aqil müəllim razılıq verdisə heç nədən narahat olmadan həmin danışıqlara başlamaq olar.
Sizin rejissor kimi də bir necə səhnələşdirdiyiniz,və qısa filimləriniz var. özünüzü bu sahədə necə sınamaq istərdiz?
Bəli bir neçə qısametrajlı filmlərim olub. İlk dəfə “İtən ömür” adlı qısametrajlı film çəkdim. Nizami Gəncəvinin Xəmsəsi əsasında “Xəmsə”, Vətən müharibəsi zamanı orduya dəstək məqsədilə “Vətən əmanəti”, “Ali baş komandan”, Xocalıya həsr olunmuş “Qayıdış” qısametrajlı filmləri çəkdim. Qayıdış filmi ABŞ, Albaniya, Türkiyə kimi ölkələrdə keçirilən Xocalı faciəsinin ildönümü tədbirlərində nümayiş olundu.
Son vaxtlar kanallarda maraqlı yerli seriallar olur. siz özünüzdə bəzi seriallara çəkilibsiz. Bu sahədə savadlı rejissorla işləməyin çətinliyi olmur ki?
Niyə çətin olsun ki? Ümumiyyətlə mən düşünürəm ki, hansı sahə olursa olsun orda işini bilən adamla işləmək hər kəsə zövq verməlidir.
Bəzi sənət adamları fəxri ad almayanda teatr aylığı azdır deyə həvəsdən düşür sizdə necə?
Qətiyyən bu barədə düşünmürəm. Niyəsini isə gəlin cavabsız buraxaq.
Sizin Ulu Öndər Hakqında hazırladığınız “Alın Yazısı” kompazisiyası cox ugur qazandı hətda bildiyim qədəri ilə o Amerika birləşmiş ştatlarına dəvət belə aldı, və bu Azərbaycanda bir ilk idi?
Bəli 2014 cü ildə Azərbaycanın ABŞ dəki nümayəndəliyi ilə danışıqlar aparıldıqdan sonra onlar “Alın yazısı” kompazisiyasını Ulu Öndərin doğum günü ərəfəsində Nyu Yorkda keçiriləcək tədbirlər planına daxil etdilər və Teatrı həmin kompazisiya ilə ABŞ yə dəvət etdilər. Amma təəssüflər olsun ki, 8 nəfərin getməsi üçün maliyyə tapılmadı və gedə bilmədik.
Siz həm Şəhid Qardaşı, (1-ci Qarabag muharibəsi)və Qazi Atası (2-ci Qarabağ müharibəsi) Şəhidlərimizin Qazilərimizin, və Ali Baş Komandanımız, xalqımızın sayəsində artıq qalib xalqıq. Bu dövrlər (Məğlub- Qalib) sizin üçün nə ifadə edir?
Məni bilənlər bilir ki, mən həmişə vətənimi, xalqımı sevən olmuşam. Vətən müharibəsi zamanı döyüşlərin ən qaynaq nöqtələrində olan oğlum Həsənlə telefonla danışanda hər dəfə son sözüm belə olurdu. “Vətən Sizə əmanətdir.” Hər dəfə də cavabında – “Narahat olma vətənə xidmət ibadətdir” cavabını eşidirdim. Bu qalibiyyəti bizə bəxş edən Ali Baş komandanımıza və igid döyüşçülərimizə nə qədər minnətdar olsaq yenə azdır. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirəm.
Baş redaktor Bünyamin Bünyadzadə
Respublikainfo.com