• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
14 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

26 saylı avtobus xidmətindən narazı sərnişinlərdən “AYNA” -ya media vasitəsilə ŞİKAYƏT

17.10.2024 - 0:22
A A
0
SHARES
39
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən  mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq.

Beləliklə redaksiyamıza növbəti şikayət Binəqədi rayonunda yaşayan bir qrup sakin tərəfindəndir. Sakinlərin müraciətinin əsas səbəbi və bizdən xahişi onların problemlərinin media vasitəsilə ictimailəşdirilməsidir.

Sakinlər şikayətlərində qeyd edirlər ki, Binəqədi rayonu Həmzə Babaşov küçəsindən Nərimanov rayonu ərazisindəki Vladimir Mayakovski küçəsinə, yəni Montin bazarı istiqamətində hərəkət edən 26 saylı avtobus xidməti çox bərbaddır. Beləki sözügedən marşrut sərnişinlərin rahat hərəkətini təmin edə bilmir.

Müntəzəm olaraq bu marşrutdan istifadə edən sərnişinlərin bir qrupu Respublikainfo.com- a göndərəədikləri şikayət məktubunda onu da vurğulayıblar ki, xəttə buraxılan avtobuslar həm köhnə həm çirklidir. Oturacaqlar narahatdır. 26 saylı avtobuslarda ümumiyyətlə istilik sistemi yoxdur. Soyuq fəsillərdə isitmə olmadığından üşüyürlər yayda isə kondisioner olmadığından istidən əziyyət çəkdiklərini bildirirlər. Həmçinin avtobusların içərisində bir qayda olaraq boğucu qoxu və tüstü olur. Bu da 26 saylı avtobusların köhnə və artıq xidmətə yaramadığının nəticəsidir.

Sərnişinlər onu da qeyd edir ki, həmin istiqamətdə hərəkət edən bütün digər xətt avtobusları hamısı müasir avtobuslardır. Yalnız 26 saylı avtobusdan savayı.  Sərnişinlər məsələnin tezliklə öz həllini tapması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verməyimizi xahiş ediblər. Bununla bərabər yaxın zamanlarda dövlət başçısına bu məsələ ilə bağlı müraciət etməyi planlaşdırdıqlarını da bildiriblər.

Eyni zamanda sərnişinlər deyir ki, sürücülərin əksəriyyəti sükan arxasında mütəmadi olaraq siqaret çəkir və mobil telefonla danışırlar. Sürücülər hər dayanacaqda sərnişin toplamaqla vaxtı uzadırlar.

Sərnişinin sözlərinə görə, 569 nömrəli xətt üzrə işləyən avtobuslar həm köhnə, həm çirkli həm də nasazdır.

“Bütün fəsillərdə bu kondisionersiz avtobuslar qapıları açıq vəziyyətdə idarə olunur. Avtobusların sayı məhdud olduğundan və intervalın böyüklüyündən sərnişinlər xeyli gözləməli olurlar. Avtobuslar yuyulmur, təmizlənmir”, – deyə şikayətçilər əlavə ediblər.

Nəzərə alsaq ki, noyabr ayında ölkəmiz beynəlxalq miqyasda Cop29 kimi çox nüfuzlu bir tədbirə ev sahibliyi edəcək. Güman edirik ki, o müddətə qədər sözügedən məsələ də öz həllini tapacaq və sərnişinlər də məmnun olacaqlar.

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.