• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

06.09.2024 - 16:58
A A
0
SHARES
2
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu Milli Cəbhə Partiyasının bəyanatını təqdim edir: Bu barədə Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev öz sosial şəbəkə hesabında yazıb.

 

Qərbi Azərbaycanlıların yurdlarına qayıtması vacibdir və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası da Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatı dəstəkləyir. Masa arxasında sülhü, regional əməkdaşlığı və sərhəd məsələlərini daha ətraflı və pərdə oyunu olmadan müzakirə etmək əvəzinə Ermənistan tərəfi sadəcə sözçülüklə məşğuldur. Sanki, vaxt udmağa çalışır və bu tərz davranışların uzun müddət davam etməsi gələcək təhlükələrdən xəbər verir. Bununla bərabər, rəsmi Yerevan Qarabağ separatçılarına Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə və revanşist çıxşlar etməyə şərait yaradıb. Məhz, elə bu məqamın özü Ermənistanın heç də səmimi olmadığının bariz nümunəsidir.

Ermənistanın sürətlə silahlanması, Qərb dövlətlərinin Ermənistanı az qala hərbi təlim poliqonuna çevirməsi də narahatedici haldır. Gözümüz önündə baş verən hadisələr Ermənistanın sülhə yox, müharibəyə hazırlaşdığını göstərməkdədir. Digər tərəfdən isə Ermənistan ATƏT-in Minsk Qrupunun da ləğv olunmasını istəmir. Sülh istəyən ölkənin Minsk Qrupu nəyinə lazımdır? Məhz, Minsk Qrupu bu münaqişənin uzanması və dəhşətli insan qırğınında günahkardır.

Digər tərəfdən, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı yönəlik ərazi iddiası aradan qaldırılmalıdır. Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.

12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

Yuxarıda sadaladığımız narahatlıqlar aradan qalxmayana qədər Ermənistan tərəfinin səmimiyyəti şübhə doğuracaq və 30 il işğala məruz qaımış Azərbaycanın ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün siyasi və hərbi preventiv tədbirlər həyata keçirməlidir. Ermənistandan qaçqın düşmüş şəxslərin isə dinc yollarla öz doğma yurdlarına qayıtması üçün də lazımi tədbirlər davam etməlidir.

Milli Cəbhə Partiyası – MCP

Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.