Respublikainfo.com Media Qrupu, növbədənkənar parlament seçkiləri ilə əlaqədar gənc və perspektivli ziyalı Samir Orucov haqqında vətəndaş mövqeyini təqdim edir:
DOĞMA KƏLBƏCƏRLİLƏRİM!
Bildiyiniz kimi 01 sentyabır 2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçgilər keçiriləcəkdir.
Bu seçgilərə qatılmış namizədlərin hər biri bizim üçün doğmadı. Onlar Kəlbəcər və kəlbəcərli ünvanına Azərbaycan konistitutsiyasının maddələrinə, dövlət qanunlarına xələl gətirmədən xoş əməlləri və prinsipial mövqeləri ilə şərəf, şan gətirməyə layiq ümüdlərimizi doğruldacaq qiymətli gənclərimizdilər.
Öz adımdan və bütün seçicilər adından dairəsindən asılı olmadan seçgilərə qatılmış namizədlərimizin hər birinə uğurlar, ədalətli seçgi marafonu arzulayıram.
Mən seçgilərə qatılmış namizədlərdən biri olan Orucov Samir Zakir oğlu haqqında qıssa da olsa məlumat vermək istərdim.
1988–ci il təvəllüdlü Orucov Samir Zakir oğlu Kəlbəcər şəhər sakini olan özünün adının əvvəlinə “Hatəmsəxa” kəlməsini yazdırmış Orucov Zakir Qaçay oğlunun, müəllim ailəsində doğulmuş və xalq müəllimi adını ləyaqətlə qorumuş Rahilə müəllimə Mürsəl qızının ailəsində dünyaya göz açmışdır.
Yaradan bu ailəyə Kəlbəcər şəhərində vertalyot qəzası zamanı iki körpə ölümünü göstərsə də sonda qeyri adi riyazi, fəlsəfi, texniki biliyə, yüksək intellektə malik, insana ali varlıq kimi baxan, haqqı nahaqqa verməyən imanlı, dinli Samir kimi bir alim övlad, incə qəlbli qəzəlxan şair bəxş etmişdir.
O, Bakı Dövlət Universitetinin Hüquq fakultəsini qırmızı diplomla prezideni təqaüdçüsü kimi bitirmişdir. Türk, rus, fransız, ingilis dillərini əla bilir və hal-hazırda Azərbaycan Diplomatiya Akademiyasında müəllim işləyir,”İqtisadiyyat və Statistika” elmindən dərs deyir.Ailəlidir. iki uşağı var.
Məlumat üçün bildirirəm ki, Deputatlığa namizəd Samir Orucovun 11 Avqust saat 17.00 da Xırdalan şəhərində Cahan mərasim evində seçicilərlə görüşü olacaq. ( Xırdalan dairəsindən, Xirdalan şəhəri istiqaməti ) Hər birinizin bu görüşə gəlməyinizi gözləyirəm.
Ünvanla bağlı daha ətraflı məlumatı 051 778 33 73, 050 875 94 90 nömrələrindən ala bilərsiz.
Hörmətlə Əli Abdullayev (Uluxanlı)
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com