• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

20 Yanvar – Azərbaycan xalqının diriliş tarixidir!

19.01.2025 - 22:48
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Tarix səhnəsinə çıxan hər bir millətin unikal xüsusiyyətlərini qoruyub saxlaması, gələcək nəsillərə ötürməsi, milli mövcudluğunu davam etdirməsi üçün özünəməxsus bir dövlət təsisatının olması əsas və vacib şərtdir. Əks halda, yəni dövlətsiz bir xalq, sadəcə, bir toplum halında yaşamağa və assimilyasiya olmağa məhkumdur.

Ön Asiya, Şərqi Anadolu, Qafqaz da daxil olmaqla geniş bir coğrafi ərazinin ən qədim məskunu, əsas milli və yerli vahidi, etnosu olaraq Azərbaycan türkləri sahib olduqları köklü və mədəni sivilizasiya, ictimai-siyasi münasibətlər sistemi ilə hakim olduqları arealda tarixin ən böyük və şanlı dövlətlərini yaradıblar.

Lakin tale elə gətirdi ki, son 200 ildə Qafqaz türklərinin heç bir dövlət qurumu mövcud olmadı. XX əsr XIX əsrdən ona görə ciddi fərqlənir ki, o taylı-bu taylı Azərbaycan türkləri dəfələrlə dövlət qurmağa səy göstərdilər, inqilab etdilər və ən sonda kiçik bir ərazidə də olsa, Azərbaycan Respublikasını qurmağa, yaşatmağa müvəffəq oldular. Çox acı tarixi gerçəklikdir ki, qansız və savaşsız dövlət qurulmur. Yalnız o xalqlar vətənində vətəndaş ola bilir ki, ilk öncə şəhid olmağı gözə ala və bunun üçün də savaşa bilir.

20 Yanvar məhz dövlət qurulması yolunda həmin qaçılmaz, qanlı, lakin şərəf və qürur duyulacaq mərhələdir Azərbaycan xalqının həyatında.

Ona görə ki, biz türkümüzlə, talışımızla, ləzgimizlə, tatımızla, kürdümüzlə, yəhüdimizlə, lahıcımızla, lazımızla, avarımızla və s. adını çəkmədiyim etnik birləşmələrimizlə birgə bütövləşib Millət olduq və Dövlət qurduq – Azərbaycan dövlətini!

Unutmayaq ki, o tarixi gündən 35 il keçib və artıq bu hadisənin şahidi olmayan 35 yaşlı insanlar yetişib. Artıq həmin nəsillər üçün 20 Yanvar ney-kaman səsi, qərənfillərlə müşahidə olunmayacaq. Uvertüralar və marşlar, sayğı duruşları ilə anılacaq.

Kədərli sayğı duruşlarını qürurlu duruşlar əvəz etməlidir, çünki 20 Yanvar heç bir ordunun, heç bir silahın vətən sevgisindən, azadlıq istəyindən daha güclü olmadığını, olmayacağını göstərməkdədir.

Və unutmayaq: 20 Yanvar Azərbaycanlıların dirilişiydi. Unutmayaq ki, müstəqil ölkənin gəncliyi, şəxsiyyəti kədərlə, acıyla VƏTƏNDAŞ kimi yetişdirilə bilməz.

Gözlənilən bütün dalğalar qarşısında Azərbaycan Gəncliyi mübarizə ruhunda yetişdirilməlidir.

Onilliklər boyu min bir müsibət və əziyyətlə özgürlük və hürriyyət uğrunda mübarizə aparan nəsillərin amalı, məhz həmin gün bu yolda canlarından keçən Vətən övladlarının sayəsində zirvəyə yaxınlaşdı.

Tarixən mövcud olmuş bütün imperiyalar öz azadlığı uğrunda mübarizəyə qalxan xalqları həmişə qan içində boğub. Sovet-rus imperiyası da öz xislətinə sadiq qalaraq azadlıq istəyən xalqları, o cümlədən Azərbaycanlıları qətliama məruz qoydu. Ancaq aparılan bu mübarizə hədər getmədi, tökülən qanlar yerdə qalmadı.

20 Yanvar SSRİ kimi qorxunc bir səltənətin dağılmasında həlledici rol oynadı, Azərbaycan öz müstəqilliyinə qovuşdu. Beləliklə, 20 Yanvar Azərbaycan insanının milli kimlik təfəkkürünün kütləvi şəkildə oyanmasında, yenidən formalaşmasında böyük rol oynadı və azadlıq düşüncəsi həmişəlik insanların düşüncəsinə hakim kəsildi.

Bugünkü müstəqilliyimizin memarı rus-sovet imperializminin ən sərt tədbirləri qarşısında əyilməyən, təslim olmayan, geri çəkilməyən milli iradəni və qərarlılığı daşıyan insanlarımız, xalqımızıdır.

Bu baxımdan 20 Yanvarın çağdaş tariximizdə əhəmiyyətini bir daha qeyd edərək, həmin gün öz şirin canlarını qurban vermiş müqəddəs Şəhidlərimizin parlaq və unudulmaz xatirəsini böyük sayğıyla anır, onların ruhu qarşısında ehtiramla baş əyirəm.

20 Yanvar Şanlı Dirənişinin bütün iştirakçılarının əziz xatirələri daim qəlbimizdə yaşayacaq.

Yaşasın, İstiqlal və Azadlıq!

ANAR ƏSƏDLİ

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.