8 Oktyabr tarixində Libraff kitab mağazasında şairə Nigar Arifin “Adamların yağışı”adlı kitab təqdimatı keçirilib. Şairənin sayca 2-ci kitab olmasına baxmayaraq, oxucularla ilk görüşü idi. Bundan öncəki “Xatirələr otağı” adlı kitabı Güney Azərbaycanda ərəb əlifbası ilə işıq üzü görmüşdü.
Tədbirdə bir çox incəsənət xadimləri- şairlər, yazarlar da iştirak etmişdir. Onlardan Elvin Mirzəzadə, rəssamlardan Nəvai Mətin, yazıçı Varis Yolçuyev
Qismət Rüstəmov, Bahəddin Salman ,və s idi.
Sayman Aruzun aparıcılığı ilə keçirilən tədbirdə Nigar Arifin ümumi yaradıcılığına toxunulmuş və tədbirdə iştirak edən bir sıra şəxslər də, şairənin şerlərini səsləndirmişlər.
Biz də respublikainfo.com saytı olaraq , Nigar xanıma öz növbəmizdə gələcək fəaliyyətində uğurlar arzu edirik.