12 mart 2025-ci il tarixdə Daxili Qoşunların 33-cü ildönümü ilə əlaqədar Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən ziyarət olunmuş, sonra isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Quba rayonunda yerləşən N saylı hərbi hissəsində qeyd olunan şəxslərin, qonşu rayonların Poliş şöbələrinin rəislərinin, ADPU-nun Quba filialının direktorunun, rayon Ağsaqqallar və RİH yanında ictimai şura sədrlərinin, şəhid ailələri və qazilərin, hərbi hissəsinin şəxsi heyətinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Daxili Qoşunların yaranmasının 33 illiyi münasibəti ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun hərbi hissənin şəxsi heyətinə təbriklərini çatdırmış, Silahlı Qüvvələrimizin inkişaf tarixi, Daxili Qoşunların keçdiyi inkişaf yolundan danışmış, eləcə də, Ulu Öndər Heydər Əliyev tərəfindən 9 mаrt 1995-ci il tаriхdə imzalanmış Fərmаna əsasən Daxili Qоşunlаrın Аzərbаycаnın ərаzi bütüvlüyü uğrundа Еrmənistаnın hərbi təcаvüzünə qаrşı döyüşə bаşlаdığı günün – 12 mart tarixinin “Daxili Qoşunlar Günü” kimi təntənəli şəkildə qeyd olunduğunu vurğulamışdır.
Həmçinin, çıxışlarda qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində düşmən işğalı altında olan dədə-baba torpaqlarımızın azad edərək tarixi Zəfər qazanılmasında və 2023-cü ilin sentyabr ayında 1 günlük antiterror əməliyyatı nəticəsində suverenliyimizin bərpa olunmasında Daxili Qoşunların şəxsi heyətinin də xüsusi rolu vardır.
Sonra hərbi xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlarla təltif edilmiş, tədbirdə iştirak edən şəhid ailələrinə mükafatlar və hədiyyələr təqdim edilmişdir.
Tədbir hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi və nümunəvi çıxışları ilə başa çatmışdır.