Respublikainfo.com Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyulun 12-də saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən bildirilib ki, vətəndaşlar iyulun 8-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Baş redaktor: Bünyamin Çingizoğlu Respublikainfo.com