• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
14 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Ən qədim Astronomik linza teleskopuna malik – Sidney Rəsədxanası

25.12.2022 - 21:47
A A
0
SHARES
3
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Avstraliyanın elm tarixində mühüm rol oynayan, 1858-ci ildə tikilmiş Sidney Rəsədxanası, Avstraliyanın ən qədim rəsədxanasıdır. Yeni Cənubi Uels hökuməti tərəfindən dövlət əhəmiyyətli obyekt kimi tanınır və Avstraliyanın mədəni irs siyahısına daxil edilib. Qədim dövrdə Sidney Rəsədxanası vaxtı dəqiq müəyyənləşdirməyə xidmət edib. Burada səma cisimlərini seyr edən və ulduzlu səmanı tədqiq edən astronomlar işləyib yaşayıb. Tarixi əhəmiyyətli rəsədxanada 135 ildən artıqdır ki, istifadə edilən – dünyanın ən qədim Refraktiv Astronomik linza teleskopu yerləşir.

İlk əvvəl rəsədxana “zaman topunu” işlək vəziyyətdə saxlamaq məqsədilə tikilib. Zaman topu – dənizdən asanlıqla görünən böyük sarı topdur. Vizual zaman siqnalı kimi xidmət edən top, hələ 1858-ci ildə, radionun yaranmasından əvvəl yaranəb və hər gün dəqiq saat 13:00-da aşağı endirilib. Günümüzdə də “zaman topu” dəqiq saat 13:00-da aşağı enir, lakin onun işi artıq astronom tərəfindən deyil, əsas atom saatı tərəfindən idarə olunur. Topun əsas məqsədi – gəmilərin qrafikə sadiq qalması və bir-biri ilə toqquşmaması üçün saatlarını tənzimləməsinə kömək etmək idi.

Rəsədxana, Uilyam Skott tərəfindən layihələndirilib. O, rəsədxananı astronom işinin bütün incəliklərini nəzərə alaraq tikib. Rəsədxana daxilində hesablamalar və müşahidələr üçün otaqlar, həmçinin alimlərin qalıb yaşaması məqsədilə inşa edilmiş otaqlar var. Rəsədxanada 1982-ci ildə muzeyə çevrilib. Bu gün rəsədxananın əsas vəzifəsi – astronomiyanı populyarlaşdırmaq və hər kəs üçün ulduzları müşahidə etmək imkanı yaratmaqdır. Burada unikal eksponat – 29 sm obyektivli 1874-cü ildə hazırlanmış teleskop, onun yanında ən müasir kompüterlə idarə olunan teleskop və Günəşi müşahidə etmək üçün ən son alfa-hidrogen teleskop yerləşir. Burada, yerə yaxın kosmosun bütün ulduzları və bürcləri 3D monitorun üzərində proyeksiya olunur. Rəsədxanada hər gün astronomiyanın tarixi, nailiyyətləri və ən son kəşfləri ilə tanış olan mühazirələr keçirilir. Həmçinin zalda astronomiyaya dair maraqlı və maarifləndirici filmlər nümayiş etdirilir, mühazirələr oxunur, burada bu elm sahəsində ən son nailiyyətlər və kəşflərdən bəhs edilir.

Respublikainfo.com

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.